Home » Azərbaycanın bank sektorunun aktivləri 7 %-dən çox artıb

Azərbaycanın bank sektorunun aktivləri 7 %-dən çox artıb

by yunus
0 comments 0 views 1 minutes read

Bu il fevralın 1-nə Azərbaycanın bank sektorunun aktivləri 56 milyard 935,8 milyon manat təşkil edib.

BBN.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən il fevralın 1-i ilə müqayisədə 7,2 % çoxdur.

Bankların aktivlərinin 28 milyard 201,9 milyon manatını müştərilərə verilmiş xalis kreditlər təşkil edib. Son 1 ildə sektorun kredit portfeli 8,8 % böyüyüb, kreditlərin aktivlərdəki payı isə 48,8 %-dən 49,5 %-ə qalxıb.

Hesabat dövründə bank sektorunun öhdəlikləri 6,7 % artaraq 49 milyard 528,7 milyon manata, o cümlədən depozit portfeli 0,4 % azalaraq 36 milyard 805,3 milyon manata çatıb. Bunun 16 milyard 305,5 milyon manatı fiziki, 20 milyard 499,8 milyon manatı isə hüquqi şəxslərin depozitləridir. İl ərzində əhalinin banklardakı vəsaitləri 13,3 % çox, şirkətlərin banklardakı vəsaitləri isə 9,2 % azalıb.

Son 1 ildə bankların Azərbaycan Mərkəzi Bankı qarşısında 0,4 milyon manat öhdəliyi formalaşıb.

Sektorun balans kapitalı isə 10,7 % artaraq 7 milyard 407,1 milyon manat təşkil edib.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.