Home » Azərbaycanın m- Rezidentliyinin əhatə dairəsi genişlənir

Azərbaycanın m- Rezidentliyinin əhatə dairəsi genişlənir

by bbnadm
0 rəy 0 baxış 1 dəqiqə oxuma

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Rəqəmsal Ticarət Qovşağının təqdim etdiyi mobil-rezidentlik vasitəsilə türkiyəli iş adamı Koral Türkkan Azərbaycanda biznes fəliyyətinə başlayacaq. Qeyd edək ki, Türkiyə vətəndaşı Koral Türkkan Azərbaycanın investisiya mühitini araşdıraraq, ölkədə əlverişli biznes şəraitinin mövcudluğu səbəbindən yeni biznes yaratmaq məqsədilə Rəqəmsal Ticarət Qovşağına müraciət edib.

Rəqəmsal Ticarət Qovşağının meneceri Nicat Əsədli bildirir ki, qısa müddətdə m-Rezidentlik əldə edən Koral bəy, ikinci mərhələdə Azərbaycanda informasiya kommunikasiya texnologiyaları sahəsi üzrə fəaliyyətə başlamaq üçün hüquqi şəxsin qeydiyyatını və korporativ bank hesabının açılmasını onlayn olaraq həyata keçirəcək. Onu da qeyd edək ki, hüquqi şəxsin qeydiyyatı www.dth.az portalında üç dildə təqdim olunur və tamamilə ödənişsizdir.

Mobil rezidentlik əldə edən Türkiyə vətəndaşı Koral Türkkan prosesin çox sürətli və rahat olduğunu, ətrafındakı iş adamlarına da bu proqrama qoşulmağı tövsiyyə edəcəyini bildirib.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.