Home » “Azərpoçt” “VISA” beynəlxalq ödəniş sisteminin tamhüquqlu üzvü oldu

“Azərpoçt” “VISA” beynəlxalq ödəniş sisteminin tamhüquqlu üzvü oldu

by bbnadm
0 rəy 0 baxış 1 dəqiqə oxuma

Yenilənmə və rəqəmsallaşma mərhələsinə keçid edən “Azərpoçt” MMC “VISA” beynəlxalq ödəniş sisteminin tamhüquqlu üzvü statusunu alıb.

Bununla da “Azərpoçt”un POS-terminal istifadə olunan bütün şöbə və filiallarında “Mastercard” sahibləri ilə yanaşı, “VISA” kart sahibləri nağdsız ödənişlər edə biləcəklər.

Eyni zamanda, “Azərpoçt”a kart emissiyası, kart qəbulu, pulköçürmələr və elektron kommersiya üzrə lisenziyalar verilib. Bu da öz növbəsində fiziki və hüquqi şəxslərin qurumdan kart xidmətləri sahəsində tam funksional şəkildə faydalanmasına imkan yaradacaq.

Məlumat üçün bildirək ki, poçt əməliyyatları zamanı şəffaflığın təmin edilməsi üçün “Azərpoçt” Bakının bütün poçt şöbələri daxil olmaqla, ölkə üzrə 500-dən artıq poçt şöbəsində POS-terminal quraşdırıb.

“Azərpoçt” MMC ənənəvi poçt xidmətləri ilə yanaşı, bank, sığorta kimi qeyri-ənənəvi xidmətlər, elektron ödənişlər, depozitlər və digər maliyyə xidmətləri, eləcə də biznes xidmətləri təqdim edir.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.