Home » Azər Türk Bank əmanət faizlərini artırdı

Azər Türk Bank əmanət faizlərini artırdı

by ulviyya
0 comment 0 views 1 minutes read

Dövlət bankı Azər Türk Bank 01 noyabr 2024-cü il tarixindən etibarən manat əmanətləri üzrə faiz dərəcələrini yüksəltmək barədə qərar verib.

Belə ki, Bankın “Klassik” əmanət məhsulunda bundan əvvəl faizlər aylıq ödənildikdə 1 illik əmanətlər üçün 5%, 2 illik üçün 6% və 3 illik üçün 8% təşkil edirdisə, noyabrın 1-dən başlayaraq bu rəqəmlər müvafiq olaraq 1 illik – 8%, 2 illik – 9% və 3 illik – 10% səviyyəsinədək yüksəldilib.

Əmanətlər üzrə faizlər müddətin sonunda hesablandığı təqdirdə gəlirlilik daha artıq olacaq. Bank tərəfindən birillik əmanətlərdə faizlər 5,5%-dən 8,5%-ə, ikiillikdə 6,5%-dən 9,5%-ə və üçillikdə isə 9%-dən 10,5%-ə qaldırılıb.

You may also like

Leave a Comment

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.