Home » “Azər Türk Bank”ın İdarə Heyətinə üzv və İdarə Heyətinin sədrinə müavin təyinatı olub

“Azər Türk Bank”ın İdarə Heyətinə üzv və İdarə Heyətinin sədrinə müavin təyinatı olub

by Zeyneb
0 comments 35 views 1 minutes read

“Azər Türk Bank” ASC-nin İdarə Heyətinə yeni üzv, eyni zamanda İdarə Heyətinin sədrinə müavin təyin olunub.

Bu vəzifəyə ixtisasca hüquqşünas olan Günel Nəbiyeva Nizami qızı təyin edilib. Bununla da bankın İdarə Heyətinin üzvlərinin sayı üç nəfərə çatıb.

Qeyd edək ki, Günel Nəbiyeva 2020-ci ildən etibarən Azərbaycan İnvestisiya Holdinqində fəaliyyət göstərir. O, bu müddət ərzində holdinqin tabeliyində olan “BakuBus” MMC, “Bakı Metropoliteni” QSC və “Azər Türk Bank” ASC-nin Müşahidə Şuralarında üzv kimi təmsil olunub.

G.Nəbiyeva bank sektorunda karyerasına 2006-cı ildə “Unibank” KB ASC-də başlayıb. 2006–2016-cı illərdə bankda müxtəlif hüquqi və inzibati vəzifələrdə çalışıb. 2018–2020-ci illərdə isə “Unibank” KB ASC-də Hüquq və təşkilati işlər departamentinin direktoru vəzifəsini icra edib.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.