Home » “Azər Türk Bank” “card to card” əməliyyatlarını məhdudlaşdırıb

“Azər Türk Bank” “card to card” əməliyyatlarını məhdudlaşdırıb

by yunus
0 comments 8 views 1 minutes read

“Azər Türk Bank” (ATB) “card to card” əməliyyatlarına məhdudiyyət tətbiq edib.

BBN.az xəbər verir ki, bank sözügedən əməliyyat üzrə günlük və aylıq limit təyin edib. Yeni qaydaya əsasən, bank müştəriləri “card to card” üzrə günlük 15 dəfə, ay ərzində isə 60 əməliyyat apara biləcəklər. Bununla da, “Azər Türk Bank” Azərbaycanda “card to card” əməliyyatlarını məhdudlaşdıran ilk bank olub.

Xatırladaq ki, 1995-ci ildən fəaliyyət göstərən “Azər-Türk Bank” ASC-nin səhmlərinin 75%-i Azərbaycan dövlətinə məxsusdur. Bankın səhmlərinin 12,4%-i “Ziraat Bank”a, 1,1%-i “Ziraat Bank International”a, 6,5%-i “AzRe Reinsurance”yə, 5%- isə “Qala Həyat” sığorta şirkətinə aiddir.

You may also like

Leave a Comment

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.