Home » Azər Türk Bankdan 10% cashback kampaniyası

Azər Türk Bankdan 10% cashback kampaniyası

by anar
0 comment 0 views 1 minutes read

Dövlət bankı Azər Türk Bank Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə atb Junior kartı ilə ödənişlər üzrə yeni kampaniyaya başlayır.

Belə ki, 1 iyun 2024-cü il tarixindən etibarən ölkə daxilindəki:

  • əyləncə mərkəzlərində;
  • oyuncaq mağazalarında;
  • kitab mağazalarında;
  • kinoteatrlarda;
  • teatrlarda;

atb Junior kartı ilə ödənişlər zamanı Azər Türk Bankın müştərilərinə 10% həcmində cashback hesablanacaqdır.

Kampaniyanın müddəti 7 iyun daxil olmaqla həmin tarixədəkdir.

Hesablanacaq maksimum cashback limiti 200 manat həcmindədir.

Qeyd edək ki, atb Junior kartı 6-16 yaş arası uşaqlar üçün nəzərdə tutulmuşdur.

Beşillik xidmət müddətli atb Junior kartını valideynlər Bankın saytında ödənişsiz onlayn sifariş verə bilərlər.

Bu kart vasitəsilə bankomatda xidmət haqqı tutulmadan 200 AZN-dək nağdlaşdırma etmək olar.

atb Junior kartının sahibi atb360 tətbiqini smartfonuna yükləyə və Google Pay və Apple Pay təmassız ödəniş sistemlərinə qoşula bilirlər.

Xatırladırıq ki, atb Junior kartlarındakı qalıq vəsaitə illik 6% gəlir hesablanır.

You may also like

Leave a Comment

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.