Home » Azər Türk Bankdan kart sahibləri üçün yeni xidmət

Azər Türk Bankdan kart sahibləri üçün yeni xidmət

by anar
0 comments 7 views 1 minutes read

Dövlət bankı Azər Türk Bank atb card debit kartı sahibi olan müştərilərinin rahatlığı üçün yeni onlayn xidmətlərin tətbiqini davam etdirir.

Belə ki, indi xidmət vaxtı bitmiş kartı, banka gəlmədən, bir ay ərzində atb360 tətbiqinə daxil olmaqla, 5 il müddətinə aktivləşdirmək mümkündür. Kartın bu şəkildə yenilənməsi tamamilə ödənişsizdir.

Yenilənməklə rəqəmsal kart statusu almış bu kart vasitəsilə həm onlayn, həm də kartı Google Pay və Apple Pay cüzdanlarına əlavə etməklə nağdsız ödənişlər etmək olar.

Eyni zamanda Card to Card, Bankın filialları və müştəriyə məxsus digər hesab və kartlardan köçürmə vasitəsilə balansın artırılması mümkündür.

Həmçinin Card to Card və NFC texnologiyasını dəstəkləyən bankomat və ya POS-cash vasitəsilə kart hesabından məxaric əməliyyatlarını yerinə yetirmək olar.

Qeyd edək ki, atb360 tətbiqini App Store və ya Google Play-dən mobil telefona yüklənilir.

atb card debit kartının yenilənməklə fiziki şəkildə əldə edilməsi isə tariflərə uyğun xidmət haqqı ödənilməklə Bankın filiallarında həyata keçirilir.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.