Home » “Azərbaycan – Amerika Ticarət Əlaqələrinin Genişləndirilməsi” layihəsinin ilk seminarı keçirilib

“Azərbaycan – Amerika Ticarət Əlaqələrinin Genişləndirilməsi” layihəsinin ilk seminarı keçirilib

by bbnadm
0 rəy 0 baxış 1 dəqiqə oxuma

Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Azexport.az portalı “Azərbaycan – Amerika Ticarət Əlaqələrinin Genişləndirilməsi” layihəsinin ilk seminarını həyata keçirib. Təlimin keçirilməsində məqsəd sahibkarların Azərbaycan məhsullarını Amerika bazarlarına daha rahat çıxara bilməsi məlumatlılığı təmin etməkdir.

Azexport.az portlalının rəhbəri Ayxan Qədəşov bildirib ki, “AmCham Azerbaijan” və Amerikanın “MİTA – Full Service Marketplace Agency”-nin dəstəyi və Azexport.az portalının təşkilatçılığı ilə həyata keçirilən seminarın ilk günündə sahibkarlara Amerika və dünyada mövcud olan elektron ticarət platformaları haqqında ilkin məlumatlar verilmiş onların müqayisəli təhlili aparılıb. Seminarın ilk təlimində 60-dan artıq sahibkar iştirak edib.

Silsilə keçiriləcək seminarda iştirakçılara real vaxt rejimində beynəlxalq elektron ticarət platformalarının iş prinsipi, Amerika bazarının tələblərinə uyğun olaraq bazar araşdırmasının aparılması, məhsul seçim, bazara giriş strategiyası, Amerikada şirkətin təsis olunması, bank və vergi prosedurlarının planlaşdırılması kimi mövzularda məlumatlar təqdim ediləcək.

Ayxan Qədəşov həmçinin bildirib ki, müasir informasiya kommunikasiya texnologiyaları ölkənin müxtəlif bölgələrindən olan yüzlərlə sahibkarın eyni zamanda yerli və xarici ekspertlərlə daha rahat görüşünü təşkil etmək, həmçinin, zaman, logistika, təşkilatı işlər kimi resurslara qənayət etməyimizə imkan yaradır: “Pandemiya dövründə portal 30-dək onlayn təlim, görüş və seminar təşkil etmişdir. Hər növbəti görüşdə iştirakçıların onlayn təlim və seminarlara olan marağının artığını, həmçinin, müasir İKT-dan istifadəsinin daha da təkminləşdiyini görürük. Fikrimcə pandemiya İKT texnologiyasının ölkədə sahibkarlar, tələbələr və vətəndaşlar tərəfindən daha da sürətlə mənimsənilməsində müsbət rol oynayacaq”.

Qeyd edək ki, “Azərbaycan – Amerika Ticarət Əlaqələrinin Genişləndirilməsi” layihəsinin növbəti seminarları 4, 7, 9 sentyabr tarixlərində keçiriləcək.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.