Home » Azərbaycan Avropa Poçt Müsabiqəsində 3-cü yeri tutub

Azərbaycan Avropa Poçt Müsabiqəsində 3-cü yeri tutub

by anar
0 comment 0 views 1 minutes read

“Avropa 2024” poçt markaları müsabiqəsində ölkəmizi təmsil edən “Azərpoçt” MMC-nin təqdim etdiyi “Mavi balina” markası 3-cü yeri tutub.

Hər il keçirilən Avropa Poçt Müsabiqəsinin builki mövzusu “Sualtı flora və fauna” olub. Məqsəd dünyanın diqqətini nəsli kəsilməkdə olan, eləcə də qlobal iqlim dəyişikliklərindən və ekoloji böhrandan əziyyət çəkən sualtı canlılara çəkmək idi.

Müsabiqədə 3-cü ildir ki iştirak edən “Azərpoçt” nəsli kəsilməkdə olan sualtı canlılardan biri olan mavi balinanı seçərək qlobal ekosistemə həssaslığını nümayiş etdirib. Həmçinin mavi balinanın zərif gözəlliyini rəssamın özünəməxsus baxışı ilə yeni təqdimatda göstərməyi bacarıb.

Azərbaycanın müsabiqəyə təqdim etdiyi markanın üzərindəki təsvir rəssam Orxan Qarayevə məxsusdur.

Marka Belçikada yerləşən, yüksək standartlarla işləyən “bpost” çap mətbəəsində çap olunub.

“Mavi balina” markasının ərsəyə gəlməsinə dair videomaterialı buradan izləmək olar.

You may also like

Leave a Comment

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.