6


“Azərbaycan Banklar Assosiasiyası” İctimai Birliyinin törəməsi “Azərbaycan Bank Tədris Mərkəzi” (ABTM) Digər Kommersiya Təşkilatı adını və təşkilati-hüquqi formasını dəyişdiyini elan edib.
BBN.az bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “Vergilər” qəzetinə istinadən xəbər verir.
Məlumata əsasən bundan sonra müəssisə “Azərbaycan Bank və Maliyyə Tədris Mərkəzi” MMC kimi fəaliyyət göstərəcək.
ABTM 2000-ci ildə Avropa İttifaqının texniki yardımı ilə yaradılıb. Onun nizamnamə kapitalı 2 000 manatdır.