Home » Azərbaycan Banklar Assosiasiyası nəzdində Komplayens Ekspert Qrupunun iclası keçirilib

Azərbaycan Banklar Assosiasiyası nəzdində Komplayens Ekspert Qrupunun iclası keçirilib

by yunus
0 comments 2 views 1 minutes read

Bakı, 16 sentyabr 2025-ci il – Azərbaycan Banklar Assosiasiyası (ABA) nəzdində fəaliyyət göstərən Komplayens Ekspert Qrupunun növbəti iclası baş tutub. Görüşdə bank sektorunda aktuallıq kəsb edən bir sıra məsələlər geniş şəkildə müzakirə edilib.

İclasın gündəliyində hüquqi şəxslərin imza səlahiyyətli şəxslərinə dair məsələlər, müştərinin uçot-təhlil (MUT) qaydaları, yeni hesabatlılıqlar (o cümlədən Elektron Ticarət Reyestri – ETR), eləcə də maliyyə vəsaitlərinin köçürülməsi ilə bağlı 1 avqust 2025-ci il tarixli məktub ətrafında müzakirələr aparılıb. Bununla yanaşı, korporativ idarəetmə standartlarının tələbləri və informasiya təhlükəsizliyi üzrə normativ sənədlər diqqət mərkəzində olub.

Toplantıda həmçinin VƏVİS hesabatı, Mərkəzi Kredit Reyestrinə (MKR) dair yeni tələblər və GMA qaydalarının icrası ilə bağlı məsələlər müzakirə olunub.

Görüşün yekununda dövlət qurumları ilə təkrar görüşlərin təşkili, mövcud çətinliklərin daha detallı müzakirə edilməsi və onların həlli istiqamətində birgə addımların atılması barədə qərar qəbul edilib.

 

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.