![](https://bbn.az/wp-content/uploads/2024/05/Azerbaycan_Kredi_karti_570x90.png)
Azərbaycan Banklar Assosiasiyasının (ABA) üzv təşkilatlarının rəhbərləri ilə Sahibkarlığın İnkişafı Fondunun (SİF) İdarə Heyətinin sədri Osman Xaliyev arasında 24 fevral 2023-cü il tarixində görüş keçirilib.
Görüş zamanı, 2023-cü il üzrə SİF-in kreditləşmə siyasəti üzrə hədəfləri, sahibkarların güzəştli maliyyə dəstəyindən yararlanmaqla bağlı müraciətlərinə dair məsələlər müzakirə edilmiş və banklarda yaranan suallar cavablandırılmışdır.
Qeyd edək ki, Azərbaycan Banklar Assosiasiyası (ABA) 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın əsas məqsədi üzv-təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə yardım göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarətdir. Hazırda, 25 bank və 5 qeyri-bank təşkilatı ABA-nın üzvüdür.
![](https://bbn.az/wp-content/uploads/2023/02/WhatsApp-Image-2023-02-27-at-11.15.24.jpeg)