Home » Azərbaycan Banklar Assosiasiyasının nümayəndə heyəti Yaponiyanın CAML şirkəti ilə görüş keçirib

Azərbaycan Banklar Assosiasiyasının nümayəndə heyəti Yaponiyanın CAML şirkəti ilə görüş keçirib

by Aytac
0 comments 1 views 1 minutes read

8 aprel 2026-cı il tarixində Azərbaycan Banklar Assosiasiyasının (ABA) nümayəndə heyəti Çirkli Pul Yuyulmasının Qarşısının Alınması üzrə ixtisaslaşmış Cooperation Agency for Anti-Money Laundering (CAML) şirkəti ilə görüş keçirib.

Görüş çərçivəsində CAML-in Biznes və Sistemlər Departamentinin rəhbəri Takeru Imazu tərəfindən “CAML haqqında ümumi məlumat” (Overview of CAML) və “Süni intellekt əsaslı qiymətləndirmə xidməti” (Overview of AI Scoring Service) mövzularında təqdimatlar həyata keçirilib.

Təqdimat zamanı şirkətin fəaliyyət istiqamətləri, xüsusilə Biznesin İnkişafına Dəstək Xidməti (Business Development Support Service) və Süni İntellektlə Qiymətləndirmə Xidməti (AI Scoring Service) barədə ətraflı məlumat verilib. Bununla yanaşı, xəbərdarlıqların (alerts) süni intellekt vasitəsilə qiymətləndirilməsi, şübhəli əməliyyatlar üzrə hesabatların (Suspicious Transaction Reports – STR) Yaponiyanın Financial Services Agency (FSA)-na təqdim olunmasına dəstək mexanizmləri diqqətə çatdırılıb.

Görüş zamanı həmçinin çirkli pulların yuyulmasının qarşısının alınması (AML) sahəsində əməliyyat səmərəliliyinin artırılması, monitorinq sistemlərinin təkmilləşdirilməsi və innovativ texnoloji həllərin tətbiqi istiqamətində CAML-in yanaşmaları müzakirə olunub.

Tərəflər AML sahəsində beynəlxalq təcrübə mübadiləsinin və potensial əməkdaşlıq imkanlarının genişləndirilməsinin əhəmiyyətini vurğulayıblar.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.