Home » Azərbaycan Banklar Asssosiasiyası ilə Macarıstan Banklar Assosiasiyası arasında Saziş imzalanmışdır

Azərbaycan Banklar Asssosiasiyası ilə Macarıstan Banklar Assosiasiyası arasında Saziş imzalanmışdır

by anar
0 comments 10 views 1 minutes read

13 iyun 2023-cü il tarixində Azərbaycan Banklar Asssosiasiyası ilə Macarıstan Banklar Assosiasiyası arasında “Kadr Mübadiləsi” üzrə Saziş imzalanmışdır.

Saziş Azərbaycan Banklar Assosiasiyasının prezidenti Zakir Nuriyev və Macarıstan Banklar Assosiasiyasının Baş iqtisadçısı Réka Hámori tərəfindən imzalanmışdır.

Sazişdə, tərəflərin hər ikisi kadr mübadiləsi proqramının bir hissəsi olduqlarını bildirir və bu proqram çərçivəsində kadrların mübadiləsinə qoşulan əməkdaşlar assosiasiyaların fəaliyyətinə cəlb olunaraq yeni bilik, bacarıq və karyera inkişafı perspektivlərindən faydalanır, çalışdıqları Assosiasiyalarda, müvafiq ekspert qruplarının fəaliyyətində tətbiq edir.

Əlavə edək ki, iclas 13-14 iyun 2023-cü il tarixlərində Azərbaycan Banklar Assosiasiyası və Azərbaycan Respublikasının Mərkəzi Bankının təşkilatçılığı, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin, Azərbaycan Fintex Assosiasiyasının dəstəyi və VİSA şirkətinin qlobal tərəfdaşlığı ilə keçirilən “FİNTEX SAMMİT 2023” çərçivəsində baş tutmuşdur.

You may also like

Leave a Comment

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.