Home » Azərbaycan bankları BƏƏ-nin “Jisr” multi-CBDC platforması ilə bağlı müzakirələr aparıb

Azərbaycan bankları BƏƏ-nin “Jisr” multi-CBDC platforması ilə bağlı müzakirələr aparıb

by yunus
0 comments 2 views 1 minutes read

13 mart 2026-cı il tarixində Azərbaycan Respublikasının Mərkəzi Bankının təşəbbüsü ilə bank nümayəndələrinin iştirakı ilə Birləşmiş Ərəb Əmirliklərinin “Jisr” multi-CBDC platformasına inteqrasiya imkanlarına həsr olunmuş onlayn görüş keçirilib.

Görüş zamanı ölkələrarası ödənişlərin daha sürətli və səmərəli həyata keçirilməsi məqsədilə “Jisr” platformasının təqdim etdiyi imkanlar və Azərbaycan banklarının bu sistemə qoşulma perspektivləri müzakirə olunub.

Qeyd olunub ki, “Jisr” platforması Mərkəzi Bank Rəqəmsal Valyutaları (CBDC) üzərindən əməliyyatların aparılması üçün yaradılmış, blokçeyn texnologiyasına əsaslanan ölkələrarası ödəniş sistemidir. Platforma vasitəçi banklara ehtiyac olmadan ödənişlərin daha qısa müddətdə və minimal xərclə icrasına imkan yaradır.

Müzakirələr çərçivəsində sistemin kommersiya bankları üçün alternativ ödəniş kanalı kimi formalaşdırılması, beynəlxalq köçürmə xərclərinin azaldılması və əməliyyatların çevikliyinin artırılması kimi üstünlükləri diqqətə çatdırılıb.

Görüşdə həmçinin bank sektorunun nümayəndələri tərəfindən platformanın tətbiqi, texniki imkanları və gələcək əməkdaşlıq perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.