Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Azərbaycan banklarında bazar risklərinin idarə edilməsi qaydası təsdiqlənib - BBN

Azərbaycan banklarında bazar risklərinin idarə edilməsi qaydası təsdiqlənib

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti banklarda bazar risklərinin idarə edilməsini tənzimləyən yeni Qaydanı təsdiqləyib. Qərar AMB sədrinin I müavini, sədr vəzifələrini müvəqqəti icra edən Əliyar Məmmədyarov tərəfindən imzalanıb.

BBN.az xəbər verir ki, yeni qaydaya əsasən, banklar fəaliyyətlərinin həcmi, əməliyyat növləri, risk profili və fəaliyyət göstərdikləri mühit nəzərə alınmaqla adekvat bazar risklərinin idarə edilməsi sistemi formalaşdırmalıdır. Bu sistem faiz dərəcəsi, xarici valyuta, kapital və əmtəə risklərini əhatə etməli və ümumi risklərin idarə edilməsi prosesinə inteqrasiya olunmalıdır.

Bazar risklərinin idarə edilməsi sisteminin yaradılması və effektivliyinə nəzarət bankın Müşahidə Şurasına həvalə edilib. Sistem çərçivəsində risklərin ölçülməsi, BKFDR tələbləri, stress-testlər, monitorinq və hesabatlılıq mexanizmləri də nəzərdə tutulur.

Qayda bankın bütün struktur bölmələrinə, ölkədaxili və xarici əməliyyatlarına, eləcə də törəmə şirkətlərinə şamil edilir. Sənədin 3 gün ərzində Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Ədliyyə Nazirliyinə təqdim olunması tapşırılıb.

Related posts

AMB ilə ABA-nın Rəyasət Heyətinin geniş tərkibinə daxil olan bank rəhbərləri ilə görüş keçirilib

Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun istiqrazları üzrə faiz və nominal ödənişləri barədə məlumat

Azərbaycan IOSCO-nun Avropa Regional Komitəsinin illik yığıncağında təmsil olunub

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı