Azərbaycanın bank sektoru bu ilin yanvar-may aylarında 557,1 milyon manat xalis mənfəət əldə edib.
Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 29,35 % çoxdur.
Məlumata görə, hesabat dövründə bankların əməliyyat gəlirləri 3 milyard 44,3 milyon manat təşkil edib ki, bu da illik müqayisədə 12,7 % artım deməkdir.
Eyni zamanda, bankların əməliyyat xərcləri 27,3 % artaraq 2 milyard 172,9 milyon manata çatıb. Xüsusi ehtiyatlara ayırmalar isə əksinə, 9,7 % azalaraq 179,5 milyon manat olub.
Yanvar-may aylarında bankların mənfəət vergisi üzrə ödənişləri də artım göstərərək ötən ilin eyni dövrü ilə müqayisədə 23,6 % çox – 134,7 milyon manat təşkil edib.