Azərbaycanın bank sektoru bu ilin yanvar-iyul aylarında 858,7 milyon manat xalis mənfəət əldə edib.
BBN.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 25,8% çoxdur.
Hesabat dövründə bankların əməliyyat gəlirləri illik müqayisədə 13,25% artaraq 4 milyard 403 milyon manata çatıb. Əməliyyat xərcləri isə 9,25% artaraq 3 milyard 57,1 milyon manat təşkil edib.
7 ay ərzində bankların xüsusi ehtiyatlara ayırmaları 13% artaraq 273,4 milyon manata, mənfəət vergisi üzrə ödənişləri isə 28,8% artaraq 213,4 milyon manata yüksəlib.
Bank sektorunun gözlənilməz xərcləri isə 0,3 milyon manat təşkil edib. Ötən ilin eyni dövründə bu maddə üzrə gəlir qeydə alınmışdı.