13
20-21 iyun tarixlərində Bakıda Azərbaycan Mərkəzi Bankının strateji dəstəyi və Azərbaycan Sığortaçılar Assosiasiyasının təşkilatçılığı ilə sayca onuncu ənənəvi “Azərbaycan Beynəlxalq Sığorta Forumu – 2024” keçiriləcək.
Sığorta sektoru inkişaf etmiş 30-dan çox ölkədən peşəkar sığortaçının iştirak edəcəyi Forumda qlobal sığorta bazarlarında qeydə alınan trend və tendensiyaların lokal bazarlara təsirləri müzakirə ediləcək, yerli sığortaçıların yeni beynəlxalq əməkdaşlıq imkanları üçün zəmin yaradılacaq. Maraqlananlar üçün:https://aiif.az