6

2025-ci ilin yanvar-noyabr aylarında İqtisadiyyat Nazirliyinə məxsus “Azərbaycan Biznesinin İnkişafı Fondu” ASC güzəştli kreditlər şəklində 5 960 layihənin maliyyələşdirilməsinə ümumilikdə 346 milyon manat vəsait ayırıb.
Bu göstəricilər ötən ilin eyni dövrü ilə müqayisədə layihələrin sayına görə 15,9%, verilən kreditlərin həcminə görə isə 63,4% artımı ifadə edir.
Bu artım Azərbaycanda kiçik və orta biznesin dəstəklənməsi istiqamətində aparılan tədbirlərin gücləndirilməsi və iqtisadiyyatın şaxələndirilməsi siyasətinin davam etdirildiyini göstərir.





