Home » Azərbaycan Davosda COP29-un ev sahibi kimi səylərini diqqətə çatdırıb

Azərbaycan Davosda COP29-un ev sahibi kimi səylərini diqqətə çatdırıb

by ulviyya
0 rəy 3 baxış 1 dəqiqə oxuma

Azərbaycan hökuməti İsveçrənin Davos şəhərində keçirilən Dünya İqtisadi Forumunda COP29-un ev sahibi kimi səylərini diqqətə çatdırıb.

BBN.az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov “X” sosial şəbəkəsindəki hesabında bildirib.

“Davos İqtisadi Forumu (World Economic Forum) çərçivəsində keçirilən “Dünya iqtisadi liderlərinin qeyri-rəsmi toplantısı: 2030-cu ilə doğru” sessiyasında COP29-un ev sahibi kimi Azərbaycanın səylərini diqqətə çatdırdıq, enerjidən səmərəli istifadə və iqlim dəyişikliyinin təsirinin azaldılmasına dair fikirlərimizi bölüşdük, həmçinin COP29-un əsas mövzusu olan qalıq yanacaqlardan asılılığı azaltmaq və “yaşıl enerji”ni təşviq etmək üçün maliyyə mexanizmləri üzrə ölkəmizin yanaşmasını müzakirə etdik. COP29-da “yaşıl” gündəliyə və qlobal iqlim fəaliyyətinə sadiqliyimizi bir daha vurğuladıq”, – deyə nazir qeyd edib.

Oxşar xəbərlər

Rəy bildir

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.