Home » Azərbaycan Dayanıqlı İnkişaf Məqsədləri İndeksi üzrə hesabatda 5 pillə irəliləyib

Azərbaycan Dayanıqlı İnkişaf Məqsədləri İndeksi üzrə hesabatda 5 pillə irəliləyib

by bbnadm
0 comments 0 views 1 minutes read

Birləşmiş Millətlər Təşkilatının “Dayanıqlı inkişaf-2022” hesabatında Azərbaycan mümkün 100 baldan 73,5 bal toplayaraq 163 ölkə arasında 50-ci pillədə qərarlaşıb. Bu göstərici ilə ölkəmiz 2021-ci il üzrə hesabatdakı mövqeyi ilə müqayisədə (55-ci yer) 2022-ci ilin hesabatında 5 pillə irəliləyərək dünyada hər üç ölkədən ikisini qabaqlayıb və bu göstəriciyə əsasən Cənubi Qafqaz regionunda liderdir.

Qeyd edək ki, hesabatda ölkəmizin daxil edildiyi- Şərqi Avropa və Mərkəzi Asiya regionunda Dayanıqlı İnkişaf Məqsədləri indeksinin orta göstəricisi 71,6 təşkil edib. Hesabatda region ölkələrindən Gürcüstan 51-ci, İran 88-ci, Qazaxıstan 66-cı, Türkiyə 71-ci, Özbəkistan 77-ci, Tacikistan 78-ci, Ermənistan 66-cı və Türkmənistan 99-cu pillədədir. Məlumat üçün bildirək ki, Çin Xalq Respublikası 56-cı, Albaniya 61-ci, Misir 87-ci, Qatar 94-cü və Səudiyyə Ərəbistanı 96-cı pillədə qərarlaşıb.

Hər il dərc olunan hesabat 163 ölkədə Dayanıqlı İnkişaf Məqsədlərinin icrasının vəziyyətini müqayisəli təhlillərlə özündə ehtiva edir. Hesabatda ölkəmizin 1-ci məqsəd (Yoxsulluğun azaldılması), 6-cı məqsəd (Təmiz su və sanitariya), 12-ci məqsəd (Məsuliyyətli istehsal və istehlak) üzrə ciddi irəliləyişlərin olduğu, 4-cü məqsəd (Keyfiyyətli təhsil), 11-ci məqsəd (Dayanıqlı şəhərlər və icmalar), 13-cü məqsəd (İqlim dəyişmələri ilə mübarizə) və 17-ci məqsəd (Tərəfdaşlığın gücləndirilməsi) üzrə ötən dövrlərlə müqayisədə nailiyyətlərin müşahidə olunduğu vurğulanıb.

You may also like

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.