Home » Azərbaycan Dövlət Aqrar Universitetində AFAQ layihəsi çərçivəsində görüş keçirilib

Azərbaycan Dövlət Aqrar Universitetində AFAQ layihəsi çərçivəsində görüş keçirilib

by anar
0 comment 1 views 1 minutes read

Kənd Təsərrüfatı Nazirliyi tərəfindən “Paşa Holdinq”in dəstəyi ilə həyata keçirilən Aqrar Fəaliyyətli Azərbaycan Qadınları (AFAQ) layihəsi çərçivəsində Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) müəllim və tələbələri ilə görüş keçirilib.

Universitetin pedaqoji heyətinə AFAQ layihəsi barədə ətraflı məlumat verilib, əməkdaşlıqların ilkin istiqamətləri üzrə birgə fəaliyyət üçün danışıqlıqlar aparılıb.

Daha sonra ADAU tələbələri ilə görüş təşkil edilib. Görüşdə layihənin tələbələr üçün üstünlükləri vurğulanıb, gələcəkdə layihəyə qoşulacaq gənclərə biznes ideyalarının reallaşdırılması üçün müxtəlif istiqamətlər – konsultasiya, bilik və bacarıqlarının artırılması, marketinq və texniki dəstəyin göstəriləcəyi bildirilib. Qeyd olunub ki, nəticədə layihə gənclərin məşğulluq və sahibkarlıq fəaliyyətlərini artıracaq, yaradıcı və innovativ potensiallarının üzə çıxarılmasına dəstək göstərəcək.

Görüş zamanı tələbələrin aqrar sahə ilə bağlı sualları əhatəli şəkildə cavablandırılıb, onların təklifləri dinlənilib.

Qeyd edək ki, layihənin tələblərinə cavab verən ümumilikdə 189 təsərrüfat sahibinə müvafiq avadanlıqlar və aktivlərlə dəstək göstərilib. Layihə çərçivəsində 388 qadın fermer nəzəri və praktiki təlimlərdə iştirak edib.

You may also like

Leave a Comment

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.