Home » Azərbaycan dünyanın aparıcı tədbiri “TechCrunch Disrupt”da təmsil olunub

Azərbaycan dünyanın aparıcı tədbiri “TechCrunch Disrupt”da təmsil olunub

by Aytac
0 rəy 1 baxış 2 dəqiqə oxuma
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi beynəlxalq nüfuzlu texnologiya tədbiri olan
“TechCrunch Disrupt”da iştirak edib.
Qeyd edək ki, “TechCrunch Disrupt” dünyanın ən böyük startap tədbiri hesab olunur. Tədbir ən
yaxşı və parlaq startapları, investorları, texnologiya həvəskarlarını bir araya gətirir.
19-21 sentyabr tarixlərində ABŞ-nin San-Fransisko şəhərində keçirilən tədbirdə Agentliyin sədr
əvəzi İnarə Vəliyeva, eləcə də digər nümayəndəliyi, yerli startaplar və texnologiya mediaları
iştirak edərək geniş heyətlə Azərbaycanı bütün platformalarda təmsil ediblər.
Eyni zamanda dünyanın bir çox ölkəsindən gələn tədbir iştirakçıları və qonaqlar “Azərbaycan”
pavilyonunu ziyarət edərək ölkənin innovasiya ekosistemi ilə yaxından tanış olublar. Qeyd edək
ki, “PASHA Holding”in sponsor olduğu “Azərbaycan” pavilyonu ən çox ziyarət edilən pavilyonlar
sırasında yer alıb.
Tədbirin ilk günündə İRİA-nın sədr əvəzi İnarə Vəliyeva “Rəqəmsal İpək Yolu: Mərkəzi
Avrasiyadan Silikon Vadisinə uzanan yol” panel sessiyasında çıxış edib. Qazaxıstan və
Özbəkistandan olan çıxışçıların yer aldığı sessiyada İnarə Vəliyeva Agentliyin gördüyü işlərə və
Azərbaycanın innovasiya mənzərəsinə diqqəti çəkib.
“Azərbaycan innovasiya ekosistemi sahəsində sürətlə tərəqqiyə gedən ölkələr sırasındadır. Bu
yolda əsas yanaşmamız Azərbaycanda yerli, eləcə də xarici İKT şirkətləri üçün əlverişli mühit
yaratmaq, insan kapitalına sərmayə qoymaq, startapları bütün istiqamətlərdə irəliyə aparan
ekosistemi dəstəkləməkdir. Həmçinin missiyamız, Azərbaycanın texnoloji və innovativ tərəqqi
ilə ayaqlaşması ilə yanaşı, həm də regionda innovasiyalara öncüllük etməsi, bununla da
beynəlxalq arenada davamlı böyüməsini və rəqabətə davamlılığını təmin etməkdir”- deyə İnarə
Vəliyeva qeyd edib.
Tədbir zamanı Azərbaycan nümayəndəliyində yer alan startaplar öz layihələrini geniş
auditoriyaya təqdim ediblər. “E-LEGAL”, “CodeAny”, “Recepta”, “Voiceloft”, “Senpex”
“GrowthChannel”, “PolygrafAI”, “Neuroil” kimi startapların ideyaları investorlar və digər xarici
ekosistem nümayəndələri tərəfindən maraqla qarşılanıb, bəzi şirkətlərlə potensial əməkdaşlıq
formatları müzakirə olunub.
Səfər çərçivəsində 21 sentyabr tarixində Azərbaycan Texnoloji Diasporu və “Silkroad Innovation
Hub”ın birgə təşkilatçılığı ilə görüş baş tutub. Görüşdə ABŞ-də yaşayan və İKT sahəsində
fəaliyyət göstərən 60-a yaxın azərbaycanlı iştirak edib. Görüş zamanı İRİA-nın sədr əvəzi İnarə
Vəliyeva, İRİA-nın innovasiya üzrə rəhbəri İqor Ovçarenko və “Caucasus Ventures”in təsisçisi
Məmməd Kərimin iştirak etdiyi panel sessiyası keçirilib. Burada iştirakçılara Agentliyin İKT və
innovasiya sahəsi, startap, investisiya mühitinin inkişafı üzrə gördüyü işlərlə bağlı məlumat
verilib. “Silkroad Innovation Hub”ın türk ölkələrini rəqəmsal sahədə birləşdirmək və vahid

mərkəz yaratmaq səyləri yüksək qiymətləndirilib və bu istiqamətlərdə birgə fəaliyyətin önəmi
vurğulanıb.
Qeyd edək ki, “Silkroad Innovation Hub” Mərkəzi Avrasiyadan olan startaplara və sahibkarlara
Silikon Vadisində və ABŞ bazarında öz müəssisələrini qurmaq və ya genişləndirmək üçün yollar
tapmaqda dəstək verir.

Oxşar xəbərlər

Rəy bildir

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.