1

Azərbaycan ilə Səudiyyə Ərəbistan arasında ticarət dövriyyəsi ötən illə müqayisədə 68%-dən çox artıb.
Bu barədə Səudiyyə Ərəbistanı Krallığının investisiya naziri, Azərbaycan Respublikası ilə Səudiyyə Ərəbistanı Krallığı arasında Hökumətlərarası Müştərək Komissiyanın həmsədri Xalid bin Əbdüləziz Əl-Falih dekabrın 19-da Bakıda keçirilən Azərbaycan-Səudiyyə Ərəbistanı İnvestisiya Forumunda deyib.
Nazir qeyd edib ki, ölkələrimiz arasında ticarət dövriyyəsinin daha da artmasında böyük potensial var.
Azərtac




