Bu ilin I rübündə Azərbaycanda 29 milyard 96,8 milyon manatlıq və yaxud ötən ilin eyni dövrü ilə müqayisədə 4% çox ümumi daxili məhsul (ÜDM) istehsal olunub.
BBN.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, son 1 ildə iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 0,4%, qeyri neft-qaz sektorunda isə 6,7% artıb.
ÜDM istehsalının 39,3%-i sənaye, 9,7%-i ticarət; nəqliyyat vasitələrinin təmiri, 6,8%-i nəqliyyat və anbar təsərrüfatı, 5,9%-i tikinti, 2,9%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,4%-i turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,7%-i informasiya və rabitə sahələrinin, 20,4%-i digər sahələrin payına düşüb, məhsula və idxala xalis vergilər ÜDM-in 10,9%-ni təşkil edib.
3 ay ərzində əhalinin hər nəfərinə düşən ÜDM-in dəyəri 2 856,5 manat olub.