Bu ilin yanvar-iyul aylarında Azərbaycanda 70 milyard 544 milyon manatlıq və yaxud ötən lin eyni dövrü ilə müqayisədə 4,5% çox ümumi daxili məhsul (ÜDM) istehsal olunub.
BBN.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 1,2%, qeyri neft-qaz sektorunda isə 6,7% artıb.
ÜDM istehsalının 38,4%-i sənaye, 9,6%-i ticarət; nəqliyyat vasitələrinin təmiri, 7%-i nəqliyyat və anbar təsərrüfatı, 6%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 5,7%-i tikinti, 2,4%-i turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,8%-i informasiya və rabitə sahələrinin, 19,1%-i digər sahələrin payına düşüb, məhsula və idxala xalis vergilər ÜDM-in 10%-ni təşkil edib.
7 ay ərzində əhalinin hər nəfərinə düşən ÜDM-in dəyəri 6 921manat olub.