Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Azərbaycan iqtisadiyyatı cüzi artıb - BBN

Azərbaycan iqtisadiyyatı cüzi artıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda 80 milyard 096,4 milyon manatlıq və ya 2022-ci ilin eyni dövrü ilə müqayisədə 0,8% çox ümumi daxili məhsul (ÜDM) istehsal olunub.

BBN.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 1,1% azalıb, qeyri neft-qaz sektorunda isə 2,6% artıb.

ÜDM istehsalının 42,4%-i sənaye, 9,5%-i ticarət; nəqliyyat vasitələrinin təmiri, 6,2%-i nəqliyyat və anbar təsərrüfatı, 6,1%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 4,8%-i tikinti, 2,4%-i turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,6%-i informasiya və rabitə sahələrinin, 17,6%-i digər sahələrin payına düşmüş, məhsula və idxala xalis vergilər ÜDM-in 9,4%-ni təşkil edib.

Əhalinin hər nəfərinə düşən ÜDM 7 895 manata bərabər olub.

Related posts

Türkiyədə Azərbaycan kapitallı şirkətlərin sayı 90%-dən çox artıb

Gürcüstanla Azərbaycanın ticarət dövriyyəsi 10,6% artıb

Biznesə xidmət sahəsində innovativ model kimi KOB evlərinə maraq artır

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı