Bu ilin yanvar-avqust aylarında Azərbaycanda 80 milyard 096,4 milyon manatlıq və ya 2022-ci ilin eyni dövrü ilə müqayisədə 0,8% çox ümumi daxili məhsul (ÜDM) istehsal olunub.
BBN.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 1,1% azalıb, qeyri neft-qaz sektorunda isə 2,6% artıb.
ÜDM istehsalının 42,4%-i sənaye, 9,5%-i ticarət; nəqliyyat vasitələrinin təmiri, 6,2%-i nəqliyyat və anbar təsərrüfatı, 6,1%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 4,8%-i tikinti, 2,4%-i turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,6%-i informasiya və rabitə sahələrinin, 17,6%-i digər sahələrin payına düşmüş, məhsula və idxala xalis vergilər ÜDM-in 9,4%-ni təşkil edib.
Əhalinin hər nəfərinə düşən ÜDM 7 895 manata bərabər olub.