Home » Azərbaycan istehsalı olan kabel məhsullarının Sinqapura ilk dəfə ixracına başlanılıb

Azərbaycan istehsalı olan kabel məhsullarının Sinqapura ilk dəfə ixracına başlanılıb

by khayale
0 rəy 4 baxış 1 dəqiqə oxuma

İqtisadi Zonaların İnkişafı Agentliyinin İdarəçiliyində olan Sumqayıt Kimya Sənaye Parkının rezidenti STP Şirkətlər Qrupuna daxil olan “STP Global Cable” MMC tərəfindən istehsal edilən kabel məhsullarının Sinqapura ilk dəfə ixracına başlanılıb. İlkin mərhələdə bu ölkəyə təqribən dəyəri 200 min manatdan çox məhsul satışı həyata keçirilib.

Bu barədə BBN.az-a İqtisadi Zonaların İnkişafı Agentliyindən bildirilib.

Qeyd edək ki, illik istehsal gücü 120 min ton təşkil edən “STP Global Cable” MMC-də məişət və sənayedə müxtəlif məqsədlər üçün istifadə olunan ümumilikdə 28 min çeşiddən artıq kabel və naqil istehsal etmək mümkündür. Zavodda istehsal edilən məhsullar daxili bazara satılmaqla yanaşı, “Made In Azerbaijan” brendi adı altında Türkiyə, Rusiya, Ukrayna, Qazaxıstan, Belarus, Tacikistan, Türkmənistan, Rumıniya, Gürcüstan kimi ölkələrə ixrac edilib.

Oxşar xəbərlər

Rəy bildir

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.