Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Azərbaycan Kazanda keçirilən beynəlxalq sərgidə iştirak edib - BBN

Azərbaycan Kazanda keçirilən beynəlxalq sərgidə iştirak edib

İqtisadiyyat Nazirliyinin dəstəyi, İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) təşkilatçılığı ilə Azərbaycan məhsulları Tatarıstanın Kazan şəhərində keçirilən “Russia & Islamic World Cooperation Expo 2026” sərgisində “Made in Azerbaijan” vahid ölkə stendində təqdim olunub.

Stenddə Azərbaycanın kənd təsərrüfatı, sənaye və tikinti sektorlarını əhatə edən müxtəlif məhsul və xidmətlər nümayiş etdirilib. Ölkəmizin şirkətləri tərəfindən meyvə, çay, ədviyyat, zəfəran, fındıq, qənnadı məhsulları, şirələr, konserv məhsulları və mürəbbə daxil olmaqla geniş çeşiddə ərzaq məhsulları və gündəlik tələbat malları, həmçinin Xəzər dənizi sahilində yaşayış, istirahət və investisiya üçün müasir infrastruktura malik genişmiqyaslı şəhər-kurort layihəsi sərgi iştirakçılarına təqdim edilib. Stenddə Azərbaycanın əlverişli investisiya imkanları, biznes mühiti və ixrac potensialı barədə çap materialları, yerli şirkətlərin fəaliyyətini əks etdirən videoçarxlar nümayiş edilib.

Qeyd edək ki, Tatarıstanda səfərdə olan Baş nazirin müavini Şahin Mustafayevin rəhbərlik etdiyi dövlət rəsmilərindən ibarət Azərbaycan nümayəndə heyəti, eləcə də Tatarıstan Respublikasının Rəisi Rüstəm Minnixanov və digər rəsmi şəxslər Azərbaycan stendi ilə tanış olublar.

Related posts

Serbiya Prezidenti ilə Azərbaycanın biznes nümayəndələri arasında görüş keçirilib

Ümumdünya Şəhərsalma Forumu (WUF): Dayanıqlı gələcək və Bakı iqtisadiyyatına böyük dividendlər

Bakıda leysan fəsadları: Sualtı qalan avtomobillərin zərərini kim ödəyəcək və KASKO sığortası bizi necə qoruyur?

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı