KOBİA və İraq Sənayelər Federasiyası arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb.
İraqın paytaxtı Bağdad şəhərində keçirilən Azərbaycan Respublikası Hökuməti və İraq Respublikası Hökuməti arasında iqtisadi, elmi, texniki və mədəni əməkdaşlıq üzrə birgə Komissiyanın 3-cü iclası çərçivəsində Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və İraq Sənayelər Federasiyası arasında Anlaşma Memorandumu imzalanıb.
Sənədi KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov və İraq Sənayelər Federasiyasının prezidenti Adel Akab Hassan imzalayıblar.
Memorandumda hər iki ölkənin KOB-ları arasında əməkdaşlığın təşviqi, KOB-larla bağlı yeniliklərə dair qarşılıqlı məlumat, onlara xidmətlərin göstərilməsi sahəsində təcrübə mübadiləsi, birgə tədbirlərin təşkili kimi məsələlər nəzərdə tutulur.