Home » Azərbaycan logistika dəhlizlərinin mərkəzinə çevrilir – “Nikkei”

Azərbaycan logistika dəhlizlərinin mərkəzinə çevrilir – “Nikkei”

by Zeyneb
0 comments 0 views 1 minutes read

Azərbaycan beynəlxalq nəqliyyat dəhlizlərinin mərkəzi halqası kimi logistika infrastrukturunun aktiv modernləşdirilməsini həyata keçirir.

Bu barədə Yaponiyanın nüfuzlu Nikkei nəşrində dərc olunan materialda qeyd olunub.

Məqalə müəllifi 2025-ci ilin sonunda “Bakı Beynəlxalq Dəniz Limanı”nın fəaliyyəti və Azərbaycanın ümumi logistika potensialı ilə tanış olub. Bildirilib ki, limana daxil olan konteyner yüklərinin təxminən 40 %-i Çindən gəlir. Bu yüklər avtomobillərdən tutmuş geyim məhsullarına qədər geniş çeşidi əhatə edir. Qalan yüklər isə əsasən Mərkəzi Asiya ölkələrinin payına düşür.

Qeyd olunub ki, əks istiqamətdə – Çinə göndərilən yüklərin həcmi hələlik məhduddur və əsasən yanacaq, sürtkü yağları və əlaqəli məhsullardan ibarətdir.

“Nikkei” yazır ki, 2025-ci ildə Bakı limanının konteyner dövriyyəsi 107 min TEU-nu (20 futluq konteyner ekvivalenti) ötüb ki, bu da 2020-ci ilin göstəricisindən iki dəfədən çoxdur. Azərbaycan isə 2028-ci ilin sonunadək limanın illik buraxılış qabiliyyətini 25 milyon ton yük və 500 min TEU səviyyəsinə çatdırmağı planlaşdırır.

Nəşr materialında Azərbaycan Prezidenti İlham Əliyevin yerli televiziya kanallarına müsahibəsinə də istinad edib. Prezident yük daşımalarının artırılmasında Çinin rolunu vurğulayaraq, Çindən və Mərkəzi Asiya ölkələrindən malların Zəngəzur dəhlizi vasitəsilə daşınacağını gözlədiklərini bildirib.

Bu çərçivədə Azərbaycanın nəqliyyat-logistika infrastrukturunun genişmiqyaslı modernləşdirilməsi davam edir. Ölkə əsas limanın imkanlarını artırır, həmçinin Transxəzər marşrutu boyunca təxminən 1200 km dəmir və avtomobil yollarının tikintisi və yenilənməsini sürətləndirir.

Məqalədə Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin də mövqeyinə yer verilib. Onun sözlərinə görə, Azərbaycanın strategiyası Cənubi Qafqazı geosiyasi rəqabət zonası deyil, geosiyasi əməkdaşlıq məkanına çevirməkdir.

Bundan başqa, nəşr “Tramp marşrutu” (TRIPP) layihəsi ətrafında mövcud vəziyyəti də şərh edib. Bildirilib ki, layihə istifadəyə verildikdən sonra yüklər Azərbaycanın Ermənistanla cənub sərhədinə qədər çatdırılacaq, Ermənistanın cənubunda inşa ediləcək yeni dəmir yolu ilə daşınacaq, daha sonra isə Azərbaycanın Naxçıvan bölgəsindən keçməklə Türkiyəyə yönləndiriləcək.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.