1

Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımovun imzası ilə yenilənmiş 50 manatlıq kağız pul nişanları bu gündən tədavülə çıxarılıb.
İmza pul nişanının ön tərəfinin sol yuxarı küncündə əks olunub. Nişanın üzərində həmçinin “2025” istehsal ili də qeyd edilib.
Yenilənmiş 50 manatlıq əsginasın digər dizayn və texniki parametrləri hazırda dövriyyədə olan eyni nominallı kağız pul nişanları ilə eynidir. Yeni və köhnə əsginaslar paralel olaraq tədavüldə olacaq.







