Home » Azərbaycan Mərkəzi Bankda qiymətləndirmə sektoru ilə bağlı problemlər müzakirə edilib

Azərbaycan Mərkəzi Bankda qiymətləndirmə sektoru ilə bağlı problemlər müzakirə edilib

by Zeyneb
0 comments 3 views 1 minutes read

“Qiymətləndirmə sahəsi illərdir kənarda qalır. Mərkəzi Bankla bu məsələni açıq müzakirə etdik”.

Bu sözləri Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti sədrinin müşaviri Asif İbrahimov deyib.

Onun sözlərinə görə, Mərkəzi Bankda ölkənin aparıcı ekspertləri ilə keçirilən ənənəvi görüş zamanı bank və sığorta sektoru ilə yanaşı, qiymətləndirmə sahəsində mövcud olan ciddi problemlər də gündəmə gətirilib.

Əsas diqqət qiymətləndirmə sektoruna yönəldi

A.İbrahimov bildirib ki, görüş çərçivəsində bank və sığorta sektorunda tətbiq olunan yeniliklər, korporativ idarəetmə standartları, pul-kredit və fiskal siyasət, devalvasiya riskləri, eləcə də bank sektorunda rəqabətin artırılması məsələləri müzakirə olunub.

Lakin əsas diqqətin uzun müddətdir diqqətdən kənarda qalan qiymətləndirmə sektoruna yönəldiyini qeyd edib.

“Mərkəzi Bank rəhbərliyinə ünvanladığım suallarda vurğuladım ki, bank və sığorta sahəsində ardıcıl tənzimləmələr aparıldığı halda, qiymətləndirmə sektoruna eyni yanaşma sərgilənmir”, – deyə o əlavə edib.

Ekspertin sözlərinə görə, aparılan müzakirələrin nəticələrinin növbəti görüşdə təqdim olunacağı bildirilib.

“Hesab edirəm ki, bu yanaşma qiymətləndirmə sektorunun institusional inkişafı və bank sistemi ilə sağlam inteqrasiyası baxımından mühüm addım ola bilər”, – deyə A.İbrahimov qeyd edib.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.