Home » Azərbaycan Mərkəzi Bankı: Kredit reytinq agentlikləri kapital bazarlarının inkişafına təkan verəcək

Azərbaycan Mərkəzi Bankı: Kredit reytinq agentlikləri kapital bazarlarının inkişafına təkan verəcək

by Zeyneb
0 comments 0 views 0 minutes read

Azərbaycanda kredit reytinq agentliklərinin yaradılması kapital bazarlarının inkişafına və investor hüquqlarının daha etibarlı qorunmasına töhfə verəcək.

Bunu “Report”a müsahibəsində Azərbaycan Mərkəzi Bankı-nın Maliyyə sektorunun inkişafı şöbəsinin rəisi Nərgiz Şirəliyeva bildirib.

Onun sözlərinə görə, yeni mexanizmin tətbiqi ilə kapital bazarlarının dərinləşməsi, investisiya mühitində şəffaflığın artması və investorların hüquqlarının daha güclü şəkildə qorunması təmin ediləcək.

“Bu təşəbbüs çərçivəsində AMB kredit risklərinin qiymətləndirilməsini institusional mərhələyə keçirir. Bu isə risklərin vahid və standart metodologiya əsasında ölçülməsinə, kredit qərarlarında obyektivliyin artmasına və maliyyə sektorunda dayanıqlığın güclənməsinə xidmət edəcək”, – deyə şöbə rəisi qeyd edib.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.