Home » Azərbaycan Mərkəzi Bankının sədri özünə daha bir müşavir təyin edib

Azərbaycan Mərkəzi Bankının sədri özünə daha bir müşavir təyin edib

by Zeyneb
0 comments 1 views 1 minutes read

Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov özünə daha bir müşavir təyin edib.

“BBN” AMB-yə istinadən xəbər verir ki, bu, Bəhruz Balayevdir.

O, 1983-cü ildə Lənkəranda anadan olub, 2005-ci ildə Prezident yanında Dövlət İdarəçilik Akademiyasını “Politologiya” ixtisası üzrə bakalavr dərəcəsində bitirib, 2006-cı ildə isə Amerika Birləşmiş Ştatlarında St. Tomas Universitetini “Hüquq” ixtisası üzrə magistr təhsili alıb, 2012-ci ildə isə həmin universitetdə Hüquq Elmləri Doktoru (JSD) alimlik dərəcəsini alıb, 2013-cü ildə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı çərçivəsində Harvard Universitetinə daxil olub, 2014-cü ildə oranı “Dövlət İdarəçiliyi” ixtisası üzrə magistr dərəcəsilə bitirib, 2014-cü ildə Prezident yanında Ali Attestasiya komissiyasının qərarı ilə Hüquq üzrə Fəlsəfə Doktoru elmi dərəcəsi əldə edib.

B.Balayev əmək fəaliyyətinə 2002-ci ildə Bakıda “Hyatt Hotels”də başlayıb, 2007-2012-ci illərdə Nyu-Yorkda “Hilton Hotels”də Əməliyyatlar direktoru vəzifəsində, 2012-2013-cü illərdə NyuYorkda “Oxfam Internatıonal”ın Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasında müdafiəçisi, 2014-2022-ci illərdə Qətərdə və İngiltərədə Beynəlxalq İdman Təhlükəsizliyi Mərkəzində İnnovasiya və İrs direktoru, Qlobal Əlaqələr Departamentinin rəhbəri vəzifələrində çalışıb, 2022-2023-cü illərdə Nyu-Yorkda Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığında Xarici əlaqələr şöbəsinin ABŞ İdman Strategiyasına rəhbərlik edib.

O, AMB-də fəaliyyətə ötən il iyulun 1-dən Sədrin ofisi departamentində məsləhətçi vəzifəsi ilə başlayıb.

Yeni təyinatla AMB sədrinin müşavirlərinin sayı 5-ə çatıb.

 

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.