Home » Azərbaycan Metrologiya İnstitutunun nümayəndə heyəti Qazaxıstana işgüzar səfər edib

Azərbaycan Metrologiya İnstitutunun nümayəndə heyəti Qazaxıstana işgüzar səfər edib

by anar
0 rəy 9 baxış 1 dəqiqə oxuma

Azərbaycan Metrologiya İnstitutu ilə Qazaxıstanın və Özbəkistanın Milli Metrologiya İnstitutları arasında əməkdaşlığın genişləndirilməsinə dair Yol Xəritəsi imzalanıb.

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Metrologiya İnstitutunun nümayəndələri Astana şəhərinə səfər ediblər. Səfər çərçivəsində nümayəndə heyəti Qazaxıstanda metrologiya sahəsinin 100 illiyi münasibətilə keçirilən “Ölçmələr qlobal etimadın əsası kimi” beynəlxalq elmi-praktik konfransda iştirak edib.

Konfrans çərçivəsində iştirakçı dövlətlər Avrasiya Ölkələrinin Dövlət Metrologiya Qurumlarının Əməkdaşlığı Təşkilatının (COOMET) 34-cü iclasına qoşulublar. İclasda rəqəmsal həllərin tətbiqi, ekspertlərin hazırlanması, sahə üzrə əməkdaşlıq sazişləri və yol xəritələri müzakirə edilib, iştirakçı ölkələrdə metrologiya sisteminin inkişafı üçün strategiya və tövsiyələr təklif olunub.

Tədbir zamanı Özbəkistan Milli Metrologiya və Qazaxıstan Standartlaşdırma və Metrologiya İnstitutları ilə Azərbaycan Metrologiya İnstitutu arasında əməkdaşlığın genişləndirilməsinə dair Yol Xəritələri imzalanıb. Sənədlərə əsasən, tərəflər arasında yeni etalonların alınması, ölçmə vasitələrinin tipinin təsdiqi, sınaq və kalibrlənmə metodikalarının hazırlanması, metrologiya sahəsində  resurslardan səmərəli istifadə, bilik və qabaqcıl təcrübə mübadiləsi, birgə təlimlər və digər sahələrdə əməkdaşlıqlar təşkil ediləcək.

Oxşar xəbərlər

Rəy bildir

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.