Home » Azərbaycan Mikromaliyyə Assosiasiyası, Mərkəzi Bank və Mediasiya şurasının səlahiyyətli nümayəndələri arasında görüş keçirilmişdir

Azərbaycan Mikromaliyyə Assosiasiyası, Mərkəzi Bank və Mediasiya şurasının səlahiyyətli nümayəndələri arasında görüş keçirilmişdir

by bbnadm
0 rəy 1 baxış 1 dəqiqə oxuma

04 aprel 2023-cü il tarixində Azərbaycan Mikromaliyyə Assosiasiyası, Mərkəzi Bank və Mediasiya şurasının səlahiyyətli nümayəndələri arasında dəyirmi masa görüşü keçirilmişdir.

Görüşdə Mərkəzi Bankın İstehlakçılarla iş departamentinin maliyyə xidmətlərinin istehlakçılarının hüquqlarının müdafiəsi şöbəsinin rəhbəri Murad Məmmədov, Mediasiya Şurasının İdarə heyətinin sədri Nadir Adilov və AMFA-nın Müşahidə şurasının sədri Cəlal Əliyev və sədr müavini Süleyman Kələşov çıxış etmişdilər, mikro və kiçik sahibkarlarla bank olmayan kredit təşkilatları arasında yaranmış mübahisələrin qısa zamanda səmərəli və effektiv həllinda mediasiyanın potential və imkanlarını qeyd etmişdilər.

Müzakirə zamanı bank olmayan kredit təşkilatlarının müştərilərinin mübahisəli keyslərin məhkəmədənkənar mediatorun (vasitəçinin) köməyi ilə həll edilməsinin üstünlükləri barədə və eyni zamanda maliyyə xidmətlərinin istehlakçıları ilə bağlı mediasiya işlərində ən çox rast gəlinən çətinliklər barədə qarşılıqlı fikir mübadiləsi aparıldı və qarşılıqlı əməkdaşlığa xidmət edən təkliflər səsləndirildi.

Görüşün nəticəsi olaraq AMFA və Mediasiya Şurası arasında qarşılıqlı əməkdaşlıq Memorandumun hazırlanması qərara alındı. Əməkdaşlıq çərçivəsində Mediasiya şurası tərəfindən BOKT-lərin rəhbər heyəti üçün mediasiyanın fayda və üstünlükləri və AMFA tərəfindən isə mediatorlara mikromaliyyə təşkilatların kreditlərinə dair səciyəvi cəhətlərinə dair seminar və təlimlərin həyata keçirilməsi planlaşdırıldı.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.