Home » Azərbaycan Nəşriyyatı istismarını dayandırır

Azərbaycan Nəşriyyatı istismarını dayandırır

by Zeyneb
0 comments 0 views 1 minutes read

“Azərbaycan Nəşriyyatı” MMC-nin fəaliyyətinin müvəqqəti dayandırılmasının səbəbi ilə bağlı rəsmi açıqlama verilib.

MMC-dən bildirilib ki, Azərbaycan İnşaat və Memarlıq Elmi-Tədqiqat İnstitutu tərəfindən nəşriyyatın yerləşdiyi binanın 9 mərtəbəli korpusunda vizual texniki baxış keçirilib.

Baxış zamanı binanın uzunmüddətli istismarı dövründə əsaslı təmir işlərinin aparılmaması ilə əlaqədar əsas yükdaşıyan konstruksiyalarda, su-kanalizasiya və elektrik xətlərində ciddi qüsur və zədələnmələr aşkarlanıb. Eyni zamanda, binadakı liftlərin texniki vəziyyətinin qənaətbəxş olmadığı müəyyən edilib.

Açıqlamada qeyd olunub ki, mövcud texniki vəziyyət binada əsaslı təmir işlərinin aparılmasını zəruri edir. Lakin təmir işlərinin həcminin böyük olması səbəbindən onların mərhələli şəkildə və binanın istismarı davam etdirilməklə həyata keçirilməsi praktiki olaraq mümkün deyil.

Bu səbəbdən 2026-cı il fevralın 1-dən etibarən binanın istismarının dayandırılması barədə qərar qəbul edilib.

Qeyd edək ki, artıq Azərbaycan Nəşriyyatı MMC-nin yerləşdiyi binada köçürülmə prosesi başlanıb.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.