Home » Azərbaycan neft məhsullarının ixracını 19 %-ə yaxın artırıb

Azərbaycan neft məhsullarının ixracını 19 %-ə yaxın artırıb

by yunus
0 comments 3 views 1 minutes read

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan gömrük bəyannamələrinə əsasən, 587 min 805,75 ton həcmində neft məhsulları ixrac edib.

BBN.az xəbər verir ki, Dövlət Gömrük Komitəsinin statistikasına əsasən bu həcmdə məhsulun dəyəri 327 milyon 757,92 min ABŞ dolları təşkil edib.

İxrac edilən neft məhsullarının həcmi ötən ilin yanvar-oktyabr ayları ilə müqayisədə 18,6 %, dəyəri isə 6,1 % çoxdur.

Qeyd edək ki, bu ilin yanvar-oktyabr aylarında Azərbaycan xarici ölkələrlə 40 milyard 862 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Xarici ticarət dövriyyəsinin 21 milyard 637 milyon ABŞ dolları ixracın, 19 milyard 225 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 4,9 % azalıb, idxal isə 15,6 % artıb.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.