Home » Azərbaycan-Qətər Birgə Biznes Şurasının iclası keçiriləcək

Azərbaycan-Qətər Birgə Biznes Şurasının iclası keçiriləcək

by anar
0 comments 0 views 1 minutes read

KOBİA və Qətər Ticarət və Sənaye Palatası arasında görüşdə Azərbaycan-Qətər Birgə Biznes Şurası çərçivəsində əməkdaşlıq və şuranın ilk iclasının keçirilməsi müzakirə olunub.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov İslam Ticarət, Sənaye və Kənd Təsərrüfatı Palatasının (ICCIA) Direktorlar Şurasının 35-ci iclasında iştirak etmək üçün ölkəmizdə səfərdə olan Qətər Ticarət və Sənaye Palatasının prezidenti Xəlifə Bin Casem Əl Tani ilə görüşüb.

Görüşdə Azərbaycan-Qətər Birgə Biznes Şurası çərçivəsində əməkdaşlığa, bu il hər iki ölkədən sahibkarların iştirakı ilə şuranın ilk iclasının keçirilməsinə dair fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, Azərbaycan-Qətər Birgə Biznes Şurasının yaradılması haqqında 2022-ci ildə KOBİA və Qətər Ticarət və Sənaye Palatası arasında Saziş imzalanıb. Biznes Şurası Azərbaycan və Qətər arasında ikitərəfli iqtisadi-ticarət əlaqələrinin daha da inkişafı məqsədilə sahibkarların təşəbbüslərinə, bizneslər, o cümlədən KOB-lar arasında birbaşa əlaqələrin qurulmasına, tədbirlərin təşkilinə, qarşılıqlı məlumat mübadiləsinə dəstək olur.

You may also like

Leave a Comment

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.