Home » Azərbaycan Qida və İçki Sənayeçiləri Assosiasiyasının nümayəndələri ilə görüş keçirilib

Azərbaycan Qida və İçki Sənayeçiləri Assosiasiyasının nümayəndələri ilə görüş keçirilib

by ulviyya
0 rəy 2 baxış 1 dəqiqə oxuma

Dövlət Xidmətində Azərbaycan Qida və İçki Sənayeçiləri Assosiasiyasının nümayəndələri ilə görüş keçirilib.

Görüşdə bu sahədə fəaliyyət göstərən sahibkarların qarşılaşdıqları çətinliklər və onların həllində dövlət-özəl tərəfdaşlığına dair müzakirələr aparılıb.

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətində (AİBNDX) Azərbaycan Qida və İçki Sənayeçiləri Assosiasiyasının (AQİSA) nümayəndələri ilə görüş keçirilib. Görüş zamanı Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli qurumun rəqabət siyasəti, keyfiyyət təminatı və istehlakçı məmnuniyyəti sahələrində yenilikləri və əldə olunan nəticələr  barədə məlumat verib.

Görüşdə Assosiasiyanın fəaliyyəti ilə yaxından tanışlıq, dövlət-özəl sektor tərəfdaşlığı istiqamətində birgə layihələrin həyata keçirilməsi və koordinasiyanın təkmilləşdirilməsi məsələləri müzakirə edilib. AQİSA tərəfindən mal, iş və xidmətlərin keyfiyyəti ilə bağlı məsələlərin daim diqqətdə saxlanılması və bu yöndə Dövlət Xidməti ilə əməkdaşlıq əlaqələrinin genişləndirilməsinin vacibliyi vurğulanıb.

Sonda sahibkarların müraciətləri və qarşılaşdıqları çətinliklər barədə məlumatlar Assosiasiya nümayəndələrinin diqqətinə çatdırılıb. Mövcud problemlərin aradan qaldırılması ilə bağlı qanunvericiliyin tələblərinə uyğun həllər, təklif və rəylər dinlənilib.

Oxşar xəbərlər

Rəy bildir

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.