Home » Azərbaycan-Qırğızıstan İnkişaf Fondu ilə “Eldik Bank” əməkdaşlıq memorandumu imzalayıb

Azərbaycan-Qırğızıstan İnkişaf Fondu ilə “Eldik Bank” əməkdaşlıq memorandumu imzalayıb

by yunus
0 comments 2 views 0 minutes read

Azərbaycan-Qırğızıstan İnkişaf Fondu (AQİF) Qırğızıstana məxsus “Eldik Bank” ilə birgə investisiya layihələrinin reallaşdırılması məqsədilə əməkdaşlıq memorandumu imzalayıb.

BBN.az Qırğızıstan KİV-nə istinadən verdiyi məlumata istinadən xəbər verir ki, sənəd AQİF-in İdarə Heyətinin həmsədrləri İqbal Babayev və Zamirbek Osmonov, həmçinin “Eldik Bank” İdarə Heyəti sədrinin birinci müavini Akılbek Turdaliyev tərəfindən imzalanıb.

Razılaşmaya əsasən, tərəflər Azərbaycan və Qırğızıstan üçün strateji əhəmiyyət kəsb edən və qarşılıqlı maraq doğuran layihələrin icrasına dəstək verəcəklər.

Bununla yanaşı, sahibkarlığın inkişafı, iqtisadiyyatın modernləşdirilməsi və ikitərəfli əməkdaşlıq imkanlarının genişləndirilməsi də əsas prioritetlərdən biri olacaq.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.