Home » Azərbaycan Qlobal Texnologiya Forumunda iştirak edir

Azərbaycan Qlobal Texnologiya Forumunda iştirak edir

by ulviyya
0 rəy 0 baxış 1 dəqiqə oxuma

İqtisadiyyat Nazirliyi yanında IV Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM) IV Sənaye İnqilabı Mərkəzləri şəbəkəsi üçün ABŞ-ın San-Fransisko şəhərində təşkil olunan Qlobal Texnologiya Forumunda iştirak edir.

BBN.az Mərkəzə istinadən xəbər verir ki, tədbirdə 110 spikerin çıxış edəcəyi gözlənilir.

Forumda bu il 219 təşkilatı təmsil edən 300-ə yaxın qlobal lider iştirak edir. Forumun keçirilməsində əsas məqsəd inkluziv iqtisadiyyatlar və cəmiyyətlərə texnoloji yeniliklər vasitəsilə töhfə verməkdir.

Tədbir çərçivəsində 4SİM-in icracı direktoru Fariz Cəfərov DİF-in Enerji və Materiallar Mərkəzinin təşkil etdiyi “Yeni Enerji Bərabərliyi (A new Energy Equation)” adlı sessiyada spiker qismində çıxış edəcək. O, həmçinin üzv olduğu “Süni İntellekt İdarəetmə Alyansı” platformasının üzvləri ilə birgə toplantıda iştirak edəcək.

Səfər çərçivəsində Silikon vadisi və Stanford Universiteti ilə əməkdaşlıqla bağlı görüşlər də nəzərdə tutulub.

Oxşar xəbərlər

Rəy bildir

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.