
19 fevral 2025-ci il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun buraxılış həcmi 50,000,000 (əlli milyon) manat dəyərində olan istiqrazlarının yerləşdirilməsi üzrə hərrac yekunlaşmışdır.
İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:
| Emitent | Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondu |
| İstiqrazın növü və forması | Faizli, ipoteka istiqrazları |
| Dövlət qeydiyyat nömrəsi – İSİN | AZ2096008688 |
| İstiqrazın sayı | 50,000 (ədəd) |
| İlkin ticarət qiyməti | 1,000 manat |
| Buraxılış həcmi | 50,000,000 manat |
| Hərrac qiyməti | 1,000 manat |
| İllik gəlirlilik faizi | 3.00% |
| Reallaşdırılmış həcmi | 50,000,000 manat |
| Sifarişlərin Ümumi həcmi (nominal qiymətlə) | 50,000,000 manat |
| İnvestor sayı | 1 |
| Sifarişlərin sayı | 1 |
| Ödəmə Periodu | 180 gündən bir (6 aydan bir) |
| İstiqrazların tədavül müddəti | 7200 gün |
| İstiqrazların ödəmə tarixi | 08.11.2044 |
| Anderrayter | “Unicapital İ.Ş.” ASC |






