Home » Azərbaycan Respublikasının Mərkəzi Bankı və “Xəzinədarlıq və Fondların İdarə Olunması üzrə” Ekspert Qrupu arasında onlayn görüş keçirilib

Azərbaycan Respublikasının Mərkəzi Bankı və “Xəzinədarlıq və Fondların İdarə Olunması üzrə” Ekspert Qrupu arasında onlayn görüş keçirilib

by Aytac
0 comment 5 views 1 minutes read

12 iyun 2024-cü il tarixində Azərbaycan Respublikasının Mərkəzi Bankı və “Xəzinədarlıq və Fondların İdarə Olunması üzrə” Ekspert Qrupu arasında onlayn görüş keçirilmişdir.

Görüşdə “Xəzinədarlıq və Fondların İdarə Olunması üzrə”  Ekspert Qrupunun sədri Hikmət Cəfərov, üzv bankların rəhbər şəxslərindən ibarət olan qrup üzvləri və Azərbaycan Respublikasının Mərkəzi Bankının müvafiq rəhbər nümayəndələri iştirak etmişdir.

Görüş zamanı sekyuritizasiya fəaliyyəti üzrə hüquqi çərçivənin yaradılması məqsədilə, Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən “Qiymətli kağızlar bazarı haqqında” və “Banklar haqqında” Azərbaycan Respublikasının qanunlarına edilən müvafiq dəyişikliklər müzakirə olunmuşdur.

Əlavə edək ki, Azərbaycan Banklar Assosiasiyası (ABA) 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın əsas məqsədi üzv-təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə yardım göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarətdir. Hazırda, 24 bank və 6 qeyri-bank kredit təşkilatı ABA-nın üzvüdür.

You may also like

Leave a Comment

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.