Home » Azərbaycan Respublikasının Mərkəzi Bankının Notlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcəkdir

Azərbaycan Respublikasının Mərkəzi Bankının Notlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcəkdir

by anar
0 comments 0 views 1 minutes read

9 avqust və 10 avqust 2023-cü il tarixlərində Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının notlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcəkdir. Nəzərinizə çatdırırıq ki, hərrac zamanı sifarişlərin toplanması saat 11:00-dan 11:30-dək təşkil olunacaqdır.

Notların buraxılış parametrləri barədə məlumat aşağıdakı cədvəldə verilmişdir:

Notun müddəti (gün)  

       ISIN

 

Hərrac

tarixi

Hərraca çıxarılan məbləğ (manat)  

 Nomi nal

 

Miqdar

Notun ödəniş  tarixi
28 AZ2130024709 09.08.2023 20.000.000 10.000 2.000 06.09.2023
84 AZ2131024708 10.08.2023 20.000.000 10.000 2.000 02.11.2023
168 AZ2132024707 09.08.2023 20.000.000 10.000 2.000 24.01.2024
252 AZ2133024706 10.08.2023 20.000.000 10.000 2.000 18.04.2024

 

Hərracda yalnız Azərbaycan Respublikasında fəaliyyət göstərən banklar iştirak edə bilər

Hərrac zamanı bir bank tərəfindən 1 rəqabətli sifariş təqdim edilə bilər və təqdim ediləcək rəqabətli sifarişin həcminə məhdudiyyət tətbiq olunmur.

Hərrac zamanı iştirakçıların sayı 5-dən az olduqda hərrac baş tutmamış hesab ediləcəkdir.

Bağlanmış əqdlər üzrə hesablaşmalar T+0 rejimində həyata keçiriləcəkdir.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.