
“Azersun Holding” MMC-yə yaxın “Azərbaycan Sənaye Bankı” ASC-nin (ASB) İdarə Heyətinə yeni üzv təyin olunub.
BBN.az xəbər verir ki, səhmdarların Ümumi Yığıncağının qərarı ilə Anar Məmmədov Həsənalı oğlu idarə orqanına üzv seçilib.
Bununla da İdarə Heyətinin üzvlərinin sayı sədrlə birlikdə beşə çatıb. Hazırda quruma Sarvan Mikayılov sədrlik edir.
Anar Məmmədov 2023-cü ilin iyunundan bankın satış və marketinq üzrə baş inzibatçısıdır. O, ASB-də 14 illik fəaliyyət göstərib, 2016–2023-cü illərdə Kredit departamentinə rəhbərlik edib. Hazırda onun kurasiyasına Kredit və Müştəri Xidmətləri departamentləri, həmçinin bankın filial şəbəkəsi daxildir.
Qeyd edək ki, 1996-cı ildə yaradılan ASB Bankın nizamnamə kapitalı 60 mln. manatdır. Bankın əsas səhmdarı “Azersun Holding”ə yaxın “Anadolu Investment Company” MMC-dir (98,43 %).






